İsrail girovlarə qaytarmaq üçün HƏMAS-la müharibəni bir müddət dayandırmağı düşünür.
Editor.az “i24”-ə istiandən xəbər verir ki, bunu baş nazir Benyamin Netanyahu deyib: “Girovları geri qaytarmaq üçün müharibəyə 42 gün fasilə verə bilərik.
Lakin müharibəni birdəfəlik dayandıra bilmərik. İranlılar və bütün düşmənlərimiz bizi izləyir, təslim olub-olmayacağımızı görmək istəyirlər”. Bu bəyanat ABŞ prezidenti Co Baydenin Qəzzada müharibəyə son qoymaq təklifindən sonra verilib: “Bayden vacib bir detalı qeyd etməyib – ikinci mərhələdə İsrail müharibəni bitirməyə razı deyil, yalnız onun sonunu “müzakirə etməyə” razıdır.
Müharibəni bitirmək nə deməkdir”, – İsrail baş naziri Nazir vurğulayıb. Netanyahunun sözlərinə görə, İsrail bütün məqsədlərinə çatana qədər müharibə bitməyəcək: “Biz mütləq qələbədən əl çəkməyəcəyik”, – deyə siyasətçi əlavə edib.
//Samir Qurbanov, Editor.az

