İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Beyrut səmsındabackend

İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcılar Beyrut səmsında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarələr Aralıq dənizindən Beyrut hava məkanına daxil olub.

Beyrut səmasında alçaqdan uçun qırıcıların yüksək səslər yerli sakinlər arasında panikaya səbəb olub.

Editor.az bildirir ki, bu barədə Livan mülki aviasiyasında adı açıqlanmayan mənbə məlumat verib. İyulun 30-da İsrail Beyrutun şiə ətrafına raket zərbələri endirib. Hücumun hədəfi “Hizbullah”ın əməliyyat qərargahının rəhbəri Fuad Şukra olduğu müəyyən edilib, onun cəsədi dağıntıları təmizləyərkən tapılıb. Bir iranlı hərbi məsləhətçi, həmçinin 5 mülki şəxs həlak olub, 70-dən çox insan isə yaralanıb.

Qeyd edək ki, Fələstinin HƏMAS hərəkatı iyulun 31-də Tehranda Siyasi Büro rəhbəri İsmayıl Haniyənin ölümünü elan edərək, İsraili günahlandırıb. “Ynet” portalının məlumatına görə, İsrail hakimiyyəti İrana qabaqlayıcı zərbə endirmək variantını nəzərdən keçirir.

//Samir Qurbanov, Editor.az