İsrailin müdafiə naziri Yoav Qalant ölkənin bütün Livan ərazisinə zərbələr endirəcəyini açıqlayıb.
Hücum əməliyyatı çərçivəsində İsrail ordusu “Hizbullah”ın hərbi infrastrukturuna, o cümlədən silah anbarlarına hücum etmək niyyətindədir. KİV-in məlumatına görə, İsrail mülki müdafiə sahəsində xüsusi müddəa tətbiq edir. Son məlumatlara görə, bugünkü atışma nəticəsində 325 nəfər həlak olub, 1200 nəfər yaralanıb.
Yoav Qalant yazıb: “Baş nazir, Ordu Qərargah rəisi və Hərbi Hava Qüvvələri Komandanı ilə birlikdə Hərbi Hava Qüvvələri Əməliyyat Komandanlığının qərargahından, yüksək rütbəli komanda heyəti və raket anbarları da daxil olmaqla, Livan boyu “Hizbullah” hədəflərinə qarşı zərbələri genişləndiririk”
İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Herzi Halevi bildirib ki, bu gün, sentyabrın 23-də İsrail ordusu “önləyici hücum əməliyyatına” başlayıb. Məqsəd “Hizbullah”ın 20 il əvvəl tikilmiş hərbi infrastrukturuna hücum etməkdir. “Hədəfləri vururuq, növbəti mərhələləri hazırlayırıq. Nəhayət, hər şey şimal sakinlərinin öz evlərinə qayıtması üçün şərait yaratmağa yönəldilməlidir”, – deyə o, boildirib.
//Samir Qurbanov, Editor.az