İran yaxın vaxtlarda İsmayıl Haniyənin qətlinə görə İsrailə cavab verəcək. Bu barədə İranın Ali Rəhbərinin ofisində məlumat verilib.
“Bu addıma tezliklə cavab veriləcəyi gözlənilir”, – Ofisin rəhbəri Mohammadi Qolpayegani deyib. Xatırladaq ki, ötən ilin yayında HƏMAS Siyasi Bürosunun rəhbəri İranın yeni prezidentinin andiçmə mərasimi münasibətilə İslam Respublikasının paytaxtına gəlmişdi. Haniyə olduğu evə atılan raket hücumu nəticəsində həlak olub.
//Samir Qurbanov, Editor.az