İsrail qüvvələri Livanın şərqindəki “Hizbullah” hədəflərinə zərbələr endirib.
Editor.az xəbər verir ki, hücum livanlı radikalların istifadə etdiyi “Radvan” təlim düşərgələrini hədəf alıb. Livan radikal hərəkatı bu zərbələrin heç bir nəticəsi barədə məlumat verməyib.
Livanın dövlət mediası Bekaa və Hermel bölgələrinə dörd hava hücumu təşkil etdiyini bildirib. Livan ilin sonuna kimi “Hizbullah”ı tərksilah etməyi planlaşdırır və İsrail bu işdə Beyruta kömək edir.
//Samir Qurbanov, Editor.az

