İsrailin dəniz piyadaları Livanın şimalında, İsrail sərhədindən 140 km aralıda “Hizbullah” hərəkatının komandirini ələ keçirib.
Editor.az APA-ya istinadən bildirir ki, bu barədə “N12” telekanalı İsrail hərbçilərinin nümayəndəsinə istinadən məlumat yayıb.
Telekanal bildirir ki, əsir götürülən “Hizbullah” komandiri dindirilmək üçün İsrail hərbi kəşfiyyatının 504-cü bölməsinə aparılıb.
“Ynet” portalının məlumatına görə, İsrail Hərbi Dəniz Qüvvələrinin “Şayetet-13” əməliyyatı zamanı ələ keçirilən şəxs İmad Amhazdır.
“The Times of Israel” isə yazır ki, o, “Hizbullah” hərəkatının dəniz qüvvələrində aparıcı vəzifələrdən birini tutub.