İsrail Müdafiə Qüvvələri (SAXAL) Livandakı “Hizbullah” yaraqlılarının hədəflərinə zərbələr endirib.
Vurulan hədəflər arasında Marvahina bölgəsindəki yaraqlıların hərbi birləşməsi, həmçinin Aita əl-Şab bölgəsindəki raket buraxılış qurğusu olub.
Editor.az İsrail mənbələrinə istinadən bildirir ki, Livandakı hədəflərə hücumlar pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilib. SAXAL iddia edir ki, yaraqlılar Aita əş-Şabda zədələnmiş raket qurğusundan İsrail ərazisini atəşə tutub. Bundan əlavə, İsrail hərbçiləri vertolyotun “İsrailə doğru tank əleyhinə raketin atıldığı” əraziyə hücum etdiyini bildirib. Söhbət ölkənin hansı bölgəsindən getdiyi göstərilmir.
Yanvarın 7-də axşam saatlarında “The Times of Israel” qəzeti “Hizbullah”ın İsrail Hərbi Hava Qüvvələrinin Meron dağındakı bazasına zərbə endirməsi barədə məlumat yaymışdı. “Hizbullah” Livanla sərhəddən 8 km aralıda yerləşən bazaya 40-a yaxın raket zərbəsi endirib. Yaraqlılar bildiriblər ki, zərbə HƏMAS lideri Saleh əl-Arurinin keçən həftə Qəzza zolağında öldürülməsinə cavabdır.
//Samir Qurbanov, Editor.az

