İsrail İordan çayının qərb sahilində və Qüdsdə 2735 nəfəri saxlayıbbackend

İsrail İordan çayının qərb sahilində və Qüdsdə 2735 nəfəri saxlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusu və qeyri-qanuni yəhudi köçkünlərinin son 40 gündə 197 fələstinlini qətlə yetirdiyi İordaniya çayının qərb sahili və Qüdsdə 2735 nəfəri saxlayıb.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, verilən açıqlamada İsrail ordusunun İordaniya çayının qərb sahilində olanlara qarşı nəzarət reydlərini davam etdirdiyi qeyd edilib.

Açıqlamada, İsrail qüvvələrinin 7 oktyabrdan işğal altındakı İordan çayının qərb sahilində başda Qalkilya, Ramallah və Hebron şəhərləri olmaqla İordan çayının qərb sahilinin müxtəlif bölgələrində biri Birzeit Universitetindən olan ən azı 85 fələstinlini nəzarətə götürdüyü bildirilib. 2017-ci ildən bəri nəzarətə alınan fələstinlilərin sayının 2 min 735-ə çatdığı bildirilib.

Daha sonra bəzi şəxslərin sərbəst buraxıldığı bildirilən açıqlamada İsrail qüvvələrinin evlərə basqın etdiyi, onlara ziyan vurduğu, saxlanılan insanları döydüyü və ailələrini təhdid etdiyi vurğulanıb.

Səbinə Hüseynli, Editor.az