İsrail: “İran Livanda hava bazası tikir “backend

İsrail: “İran Livanda hava bazası tikir “

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Herzliya şəhərində keçirilən təhlükəsizlik konfransında çıxış edən İsrailin müdafiə naziri Yoav Qalant İranın Livanda İsrail sərhədi yaxınlığında hava bazası qurmağa hazırlaşdığını iddia edib.

Editor.az xarici mediaya istinadən bildirir ki, İsrail sərhədindən 20 kilometr aralıda olan ərazidə təyyarələrin qalxması və eniş zolağının göstərildiyi peyk şəklini paylaşan nazir təqdimatına Livan Hizbullahının və İran bayraqlarının dalğalandığı bölgənin fotosunu da əlavə edib.

Sözügedən bazanın İsrailə hücum üçün istifadə ediləcəyini iddia edən Qalant qarşıdurma olacağı təqdirdə Hizbullah və Livanı ağır nəticələrlə hədələyib.

Onu da qeyd edək ki, 2022-ci ilin oktyabrında ABŞ-ın vasitəçiliyi ilə İsrail və Livan dəniz sərhədlərinin çəkilməsinə dair saziş imzalayanda bölgədə müvəqqəti sakitlik yaranıb. Tərəflər arasında sərt bəyanatlardan sonra aprel ayında Livan ərazisindən İsrailə doğru 30 raket atıldıqdan sonra sərhəd bölgəsində hərbi gərginlik yenidən artıb.

//Safura Bənnayeva, Editor.az