İsrailin xarici işlər naziri Katz İranın Macarıstan vasitəsilə İsrailə hücum etmək niyyətində olduğu barədə xəbərdarlıq etdiyini bildirib.
Editor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Katz əlavə edib ki, dünya İrandan törətdiyi hər hansı təcavüzkar hərəkətə görə təzminat tələb etməlidir. İsrail mətbuatının məlumatına görə, İran xarici işlər nazirinin müavini Əli Baqeri Macarıstanın xarici işlər naziri Peter Szijarto ilə telefon danışığında İsrailə hücum planlaşdırdıqlarını bildirib. Macarıstanlı nazir israilli həmkarına zəng edərək bu məlumatı onunla bölüşüb.
Szijarto həmçinin İran və İsrailin xarici işlər nazirləri ilə telefon danışığı apardığını açıqlayıb. Macarıstanlı nazir qeyd edib ki, bu danışıqlar Yaxın Şərqdə vəziyyətin gərginləşmə ərəfəsində olduğunu təsdiqləyib.
//Gülnarə Abasova, Editor.az