İsrail İrana qarşı mübarizədə Almaniyadan dəstək istədibackend

İsrail İrana qarşı mübarizədə Almaniyadan dəstək istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin xarici işlər naziri Eli Koen almaniyalı həmkarı Annalena Berboka müraciət edərək, Almaniyanı İrana qarşı mübarizədə İsraili dəstəkləməyə çağırıb.

Editor.az bildirir ki, nazirin SEPAH-ı tez bir zamanda terror təşkilatı kimi tanımağın vacibliyini xüsusilə qeyd edib. Daha sonra Koen vurğulayıb ki, Tehranın indiki siyasəti sırf İsrail üçün təhlükə yaratmaqla yanaşı, Aİ ölkələri üçün ə təhlükə yaradır.

Nazir vurğulayıb ki, nüvə proqramının həyata keçirilməsi baxımından “İranın dayandırılması” bir tərəfdən iqtisadi, digər tərəfdən isə siyasi təzyiq ola bilər. Bununla bağlı Koen vurğulayıb ki, Qərb İranı beynəlxalq qanunlara və MAQATE-nin tələblərinə əməl etməyə məcbur etməlidir.

  //Samir Qurbanov, Editor.az