İsrail İrandan qisas alacaq, lakin bu, bir az vaxt aparacaq – İrail kəşfiyyatıbackend

İsrail İrandan qisas alacaq, lakin bu, bir az vaxt aparacaq – İsrail kəşfiyyatı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“The Times” mənbəyə istinadən yazır ki, İsrail hakimiyyəti İrana hücumun hazırlanmasına dair sənədlərin Amerika mediasına “sızma”sından sonra onu təxirə salmaq qərarına gəlib. İsrail hakimiyyəti alternativ plan üzərində işləyir.

Qəzetin aydınlaşdırdığı kimi, İsrail “sızma”nın İrana müəyyən hücum modellərini proqnozlaşdırmağa kömək edə biləcəyindən narahatdır. “ABŞ sənədlərinin sızması müəyyən strategiyaların və komponentlərin dəyişdirilməsi zərurəti səbəbindən hücumu gecikdirir. İntiqam olacaq, lakin bir az gecikir”, – nəşrin kəşfiyyat mənbəsi bildirib.

Xatırladaq ki, oktyabrın 1-də İran İsrail ərazisinə 180-dən çox ballistik raket atıb və bunu Livan “Hizbullah”ının baş katibi Həsən Nəsrullahın öldürülməsinə cavab adlandırıb. İsrail açıq şəkildə hücuma cavab verəcəyini vəd edib. Oktyabrın 18-də internetdə İsrail qoşunlarının hərəkəti və yəhudi dövlətinin İrana hücuma hazırlığı ilə bağlı 15 və 16 oktyabr tarixli “tam məxfi” sənədləri yayılıb. Nəşr edilmiş fayllardan belə çıxır ki, İsrail İslam Respublikasına hücum etmək üçün hava-yer raketlərindən istifadə edəcək.

Bundan əlavə, sənədlər dolayısı ilə İsrailin nüvə silahına malik olduğunu təsdiqləyir, baxmayaraq ki, bu ölkənin hakimiyyət orqanları bunu təkzib edib. ABŞ sızma ilə bağlı araşdırma aparır.

//Samir Qurbanov, Editor.az