ABŞ İsrailin İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşdığını göstərən yeni kəşfiyyat məlumatları əldə edib.
Bu barədə məlumatlarla tanış olan bir neçə ABŞ rəsmisinə istinadən CNN məlumat yayıb. Nəşr qeyd edir ki, kəşfiyyat məlumatlarına görə, İsrail ABŞ prezidenti Donald Trampın Tehranla diplomatik saziş bağlamağa cəhd etməsinə baxmayaraq, zərbəni endirmək niyyətindədir.
Nəşrin mənbələrinə görə, belə bir hərəkət İsrailin Donald Trampla münasibətlərinə ciddi zərbə vuracaq və Yaxın Şərqdə daha geniş regional münaqişəyə səbəb olacaq.
Rəsmilər deyirlər ki, İsrail hakimiyyətinin yekun qərar verib-vermədiyi bəlli deyil və ABŞ hökuməti arasında İsrailin hərəkəti ehtimalı ilə bağlı xeyli fikir ayrılığı var.
Zərbənin başlaması ilə bağlı qərar və onun formatı İsrailin ABŞ-ın İranla nüvə proqramı ilə bağlı danışıqlarına verdiyi qiymətdən asılı olacaq.
//Samir Qurbanov, Editor.az