İsrail İranın gizli nüvə silahı obyektini məhv edibbackend

İsrail İranın gizli nüvə silahı obyektini məhv edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail oktyabrın 26-da reallaşdırdığı zərbə ilə İranın gizli nüvə silahı tədqiqat obyektini məhv edib.

Editor.az bildirir ki, bu barədə “Axios”a bir neçə mənbə məlumat verib. Portalın həmsöhbətlərinin sözlərinə görə, İsrailin zərbəsi Tehrandan təqribən 232 km cənub-şərqdə, Parçin hərbi kompleksi ərazisindəki Taleqan 2 obyektinə düşüb.

Ölkənin ali lideri 2003-cü ildə nüvə silahı istehsalını qadağan edən fətva verənə qədər bu obyekt İranın nüvə silahı proqramının bir hissəsi idi. Bununla belə, ilin əvvəlində İsrail və Amerika kəşfiyyatı Parçində araşdırmaların bərpa olunduğunu qeydə alıb. “Onlar nüvə silahının istehsalının əsasını qoya biləcək elmi fəaliyyətlər aparırdılar. Bu, çox gizli bir məsələ idi. İran hökumətinin kiçik bir hissəsi bundan xəbərdar idi, lakin çoxu bunu bilmirdi”, – anonim ABŞ rəsmisi “Axios”a bildirib. Portal yazır ki, “Taleghan 2” obyektinin İsrail tərəfindən zərbə hədəfi kimi seçilməsi təsadüfi deyildi. ABŞ prezidenti Co Bayden artıq İsrail hakimiyyətini İranın nüvə proqramı obyektlərinə hücum etməməyə çağırıb. Ancaq bu obyekt rəsmi olaraq elan edilməyib. Buna görə də İran nüvə silahının yaradılmasına yenidən başladığını açıqlamadan ona zərbə endirə bilməzdi.

Xatırladaq ki, oktyabrın 26-na keçən gecə İsrail Hərbi Hava Qüvvələri İrandakı hərbi obyektlərə aviazərbələr endirmişdi.

//Samir Qurbanov, Editor.az