İsrail İranın nüvə obyektlərinə hücumlardan imtina edibbackend

İsrail İranın nüvə obyektlərinə hücumlardan imtina edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikanın “New York Times” nəşri Tel-Əvivdəki mənbələrə istinadən yazır ki, İsrail İranın nüvə obyektlərinə hücumlardan imtina edib və diqqətini orduya yönəldib.

Qəzet yazır ki, İsrail nüvə stansiyalarını vurmaq əvəzinə, İslam Respublikasının hərbi bazalarına, həmçinin kəşfiyyat və komandanlıq mərkəzlərinə zərbələr endirə bilər.

“Ən azı ilkin mərhələdə, İsrail çox güman ki, ən əhəmiyyətli nüvə obyektlərini hədəfə almayacaq” – “New York Times” yazır. Bundan əlavə, nəşr Tehranın münaqişəni daha da gərginləşdirməyə qərar verəcəyi təqdirdə Təl-Əvivin İranın nüvə obyektlərinə zərbə endirəcəyini vurğulayır.

//Samir Qurbanov, Editor.az