İsrail İranın Semnan əyalətindəki “Şahrud” kosmik mərkəzini sıradan çıxarıbbackend

İsrail İranın Semnan əyalətindəki “Şahrud” kosmik mərkəzini sıradan çıxarıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“The New York Times” (NYT) peyk şəkillərinə və analitiklərə istinadən yazır ki, İsrail oktyabrın 26-da İranın Semnan əyalətindəki “Şahrud” kosmik mərkəzinə hücum edib.

Mərkəzi binada həm kosmik texnologiyada, həm də ballistik raketlərdə istifadə oluna bilən bərk raket mühərrikləri istehsal edildiyi iddia edilir.

NYT-nin məlumatına görə, kosmik mərkəz İslam İnqilabı Keşikçiləri Korpusuna məxsusdur. İddiaya görə, SEPAH İran Silahlı Qüvvələrinin proqramından ayrı olaraq özünün raket istehsalı proqramı hazırlayıb.
İsrail Müdafiə Qüvvələri oktyabrın 26-na keçən gecə İrandakı hərbi obyektlərə hücum edib. İran tərəfi hücumun dəf edildiyini, lakin “məhdud ziyanla” nəticələndiyini bildirib.

//Samir Qurbanov, Editor.az