İsrail İranın zərbələrinə cavab verməyə hazırlaşdığı üçün Rəfahdakı quru əməliyyatını təxirə salıbbackend

İsrail İranın zərbələrinə cavab verməyə hazırlaşdığı üçün Rəfahdakı quru əməliyyatını təxirə salıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Müdafiə Qüvvələri (SAXAL) İranın zərbələrinə cavab verməyə hazırlaşdığı üçün Qəzza zolağında Rəfahdakı quru əməliyyatını təxirə salıb.

Aprelin 14-də İran İsrailə 300-dən çox pilotsuz təyyarə, qanadlı raketlər və ballistik raketlər atıb.

Editor.az bildirir ki, bu barədə CNN telekanalının iki israilli mənbəyə istinadən məlumat verib. Kanala görə, İsrail bu həftə Rəfahda qurudan hücumda ilk addımları atmağa hazırlaşır. Bu gün, aprelin 15-də İsrail Hərbi Hava Qüvvələri şəhərə yerli sakinlər üçün təxliyənin zəruriliyi barədə vərəqələr səpməyi planlaşdırıb.

CNN-ə danışan başqa bir mənbə iddia edir ki, mülki şəxslərin təxliyyə vaxtının hələ müəyyən edilməməsinə baxmayaraq, SAXAL hələ də Rəfahda əməliyyata başlamaqda “qətiyyətdədir”. CNN qeyd edir ki, İsrail ordusunun özü şərh verməkdən imtina edib.

//Samir Qurbanov, Editor.az