İsrail İranla savaşa hazırdırbackend

İsrail İranla savaşa hazırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail lazım gələrsə, İran ordusu ilə döyüşməyə hazırdır.

Editor.az bildirir ki, bunu İsrailin müdafiə naziri Yoav Qalant İordan çayının qərb sahilində hərbçilər qarşısında çıxış edərkən deyib. Qalant belə bir ehtiyacın Tehranın İsrail sərhədləri yaxınlığında İran ordusunun mövqelərinin gücləndiriləcəyi təqdirdə yaranacağını izah edib.

Bu halda Təl-Əviv İran qüvvələrinin Suriyadan çıxarılması da daxil olmaqla döyüşlərə hazır olacaq. Nazir vurğulayıb ki, İsrail nə İran, nə də Livanın “Hizbullah” terror qruplaşmasının İsrail vətəndaşlarına zərər vurmasına icazə verməyəcək. Eyni zamanda o, yəhudi dövlətinin təhlükəsizliyinə hər tərəfdən təhdidlərin artdığına da diqqət çəkib.

  //Samir Qurbanov,Editor.az