İsrail kəşfiyyat xidmətləri HƏMAS-ı məhv etmək üçün çoxillik plan hazırlayıbbackend

İsrail kəşfiyyat xidmətləri HƏMAS-ı məhv etmək üçün çoxillik plan hazırlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail kəşfiyyat xidmətləri Fələstinin HƏMAS hərəkatının üzvlərini axtarmaq və məhv etmək üçün çoxillik plan hazırlayıb.

Editor.az bildirir ki, bu barədə “The Wall Street Journal” (WSJ) yazıb. Nəşrin məlumatına görə, söhbət təkcə Qəzza zolağında deyil, həm də Livan, Türkiyə və Qətərdə olan yaraqlılardan gedir. WSJ yazır ki, bu illər ərzində Qətər, Livan, İran, Rusiya və Türkiyə kimi ölkələr HƏMAS-a “müəyyən müdafiə” veriblər. İsrail isə öz növbəsində diplomatik böhran yaratmamaq üçün silahlılara zərbə endirməkdən çəkinib.

İndi İsrail hakimiyyəti dünyanın digər ölkələrində HƏMAS liderlərini öldürməyə cəhd edib-etməmək yox, bunu harada və necə etmək məsələsi ilə üzləşib. WSJ qeyd edir ki, bəzi İsrail rəsmiləri yaraqlıların məhv edilməsi planının hazırlanmasını gizli saxlamağı zəruri hesab ediblər. Lakin baş nazir Benyamin Netanyahu bunu noyabrın 22-də açıq elan edib. “Mən Mossad-a (İsrailin milli kəşfiyyat xidməti) HƏMAS liderlərinə harada olurlarsa olsunlar, onlara qarşı hərəkət etməyi tapşırmışam”, – deyə Netanyahu bildirib.

WSJ vurğulayır ki, İsrailin əsas məqsədi HƏMAS-ı tamamilə məhv etməkdir ki, onlar bir daha ölkənin təhlükəsizliyinə təhdid yaratmasın. Eyni zamanda, nəşr qeyd edir ki, xarici ölkələrdə törədilən qətllər beynəlxalq hüququn pozulmasına çevrilə və onların cavab tədbirləri görməsinə səbəb ola bilər. Lakin praktikada İsrail və digər ölkələr, o cümlədən ABŞ öz sərhədlərindən kənarda terrorçuları məhv etmək üçün dəfələrlə əməliyyatlar həyata keçirib.

//Samir Qurbanov, Editor.az