İran Fələstin HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin avqustun 15-nə planlaşdırılan girov razılaşması danışıqlarından əvvəl aradan qaldırılmasına cavab olaraq İsrailə hücum edə bilər.
Editor.az xəbər verir ki, bu barədə Axios portalının müxbiri Barak Ravid X sosial şəbəkəsində İsrail kəşfiyyatındakı iki mənbəyə istinadən məlumat verib. “İsrail kəşfiyyat cəmiyyətinin yenilənmiş qiymətləndirməsinə görə, İran bir neçə gün ərzində, hətta avqustun 15-də girovların azad edilməsi üçün danışıqlara başlamazdan əvvəl hərəkətə keçə bilər (İsrailə hücum edə bilər – redaktorun qeydi)”, – Ravid yazıb.
Avqustun 12-də İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Daniel Hagari deyib ki, hərbçilər İrandan mümkün hücuma qarşı yüksək hazırlıq vəziyyətindədirlər.
Qeyd edək ki, bundan əvvəl İsrail İranın mümkün hücumuna görə bütün təhsil müəssisələrinin fəaliyyətini qadağan edib.
//Gülnarə Abasova, Editor.az