İsrail kəşfiyyatı MƏLUMAT YAYDI: Yaxında birbaşa hücum GÖZLƏNİLİRbackend

İsrail kəşfiyyatı MƏLUMAT YAYDI: Yaxında birbaşa hücum GÖZLƏNİLİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İsmayıl Haniyənin öldürülməsindən sonra İran və İsrail arasında savaşın olma ehtimalı yüksəkdir. Sadəcə İranın baş verən hadisəyə hansısa formada cavab verəcəyi gözlənilir”.

Bunu politoloq Oqtay Qasımov Editor.az-a İsrail kəşfiyyatı tərəfindən İranın birbaşa bu ölkəyə hücum etməyə qərar verdiyi ilə bağlı yayılan məlumatları şərh edərkən deyib.

Politoloq bildirib ki, İsrail kəşfiyyatı dünyanın ən güclü kəşfiyyatlarından biri olsa da sözügedən məlumatın dəqiqliyini hadisələrin gedişatı göstərəcək:

“Hazırki gərgin vəziyyətdə hər an İran tərəfindən İsrailə hücum zərbələrinin endirilməsi gözlənilir. Amma bu hücumlar necə və hansı formada həyata keçiriləcək, onunla bağlı bir neçə ehtimal var. Birinci ehtimal aprel ayında olduğu kimi, İranın İsrailə kütləvi şəkildə raket və dronlarla hücum edəcəyi gözlənilir. İsrail isə bu hücumu dəf etməyə hazır görünür, necə ki, son dəfə 300-ə yaxın atılan raket və PUA-ların 99 faizi İsrail və müttəfiqləri tərəfindən zərərsizləşdirildi. Bu dəfə də eyni halın təkrar olunma ehtimalı çox yüksəkdir. İkinci ehtimal isə İrana bağlı proksi qüvvələr tərəfindən İsrailə hücumun həyata keçirilməsidir. Onlar arasında daha real olanı Hizbullahdır. Belə ki, HƏMAS hazırda İsraillə savaş vəziyyətindədir və bu savaş nəticəsində öz hərbi potensialının əhəmiyyətli hissəsini itirib. Ancaq Hizbullah hərbi cəhətdən İranın dəstəklədiyi proksi qüvvələrin ən güclüsüdür. Təxminən 100 minə yaxın döyüşçüsü olan bu təşkilat eyni zamanda, böyük raket və PUA arsenalına malikdir. Birbaşa Hizbullah tərəfindən İsrailə hücumlar həyata keçirilə bilər və bu da növbəti dəfə regionda genişmiqyaslı hərbi əməliyyatlara gətirib çıxaracaq. İsraillə İran arasında birbaşa müharibə olması mümkün deyil, çünki iki ölkə arasında quru sərhəd yoxdur. Eyni zamanda, İran ordusunun da ölkədən min kilometrlərlə aralı bir məsafədən birbaşa öz ordusu vasitəsilə hərbi əməliyyat keçirtmək təcrübəsi də yoxdur”.

//Gülnarə Abasova, Editor.az