İsrail Livandakı hərbi əməliyyatı dayandırmaq üçün şərtləri Ağ Evə çatdırıb.
Editor.az bu barədə Amerikanın Axios portalı mənbələrə istinadən məlumat yayıb. “Keçən həftə (oktyabrın ortaları – redaktorun qeydi) İsrail Livanda müharibəyə son qoyacaq və sərhədin hər iki tərəfində didərgin düşmüş mülki şəxslərin öz evlərinə qayıtmasına icazə verəcək diplomatik razılaşmanın şərtlərini ehtiva edən sənədi ABŞ-a təqdim edib”,- deyilir. Portal yazıb ki, İsrailin şərtlərindən biri İsrail ordusunun Livana qarşı “aktiv təzyiq”də iştirakına icazə verilməsidir. Qeyd edildiyi kimi, İsrail Hizbullahın Livanın cənubundakı yəhudi dövləti ilə sərhədə yaxın ərazilərdə öz hərbi infrastrukturunu yenidən silahlandırmamasını və yenidən qurmamasını təmin etməlidir.
Bildirilib ki, İsrail həmçinin öz hava qüvvələrinin Livanın hava məkanında sərbəst hərəkət etməsini tələb edir.
//Gülnarə Abasova, Editor.az

