İsrail Livanı da vururbackend

İsrail Livanı da vurur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Müdafiə Qüvvələrinin (IDF) bölmələrinə tank əleyhinə raketlərin buraxılmasına cavab olaraq İsrail hərbçiləri Livan ərazisinə hücumlara başlayıb.

Editor.az xəbər verir ki, bu barədə SAXAL-ın mətbuat xidməti məlumat yayıb. İsrail və Fələstin arasında müharibənin başlamasından bir gün sonra, oktyabrın 8-də Livan “Hizbullah”ının yaraqlıları Fələstin HƏMAS silahlıları ilə həmrəylik əlaməti olaraq İsrail hərbçilərinin mövqelərini atəşə tutublar.

Bundan sonra İsrail Livanın cənubundakı əraziləri atəşə tutub. Oktyabrın 9-da “Hizbullah” İsrailin Livan ərazisinə hücum etdiyini və üç yaraqlının öldürüldüyünü elan edib. Daha sonra “Hizbullah” İsrailin şimalındakı kazarma və komandanlıq məntəqələrinə hücum edib. Livanın xarici işlər naziri Abdullah Buhabib deyib ki, İsrail ordusu Livanı “təqib etməsə” Livan “Hizbullah”ı hərbi əməliyyatlara girməyəcək.

//Samir Qurbanov, Editor.az