İsrail Müdafiə Qüvvələri Livanın cənubunda “Hizbullah”ın reaktiv yaylım atəşi sistemləri aşkar etdikdən sonrra onlara və digər hədəflərə hücum edib.
İDF-nin məlumatına görə, avqustun 10-da axşam saatlarında bir neçə PUA İsrail tərəfə buraxılıb. Onlardan biri ələ keçirilib. Yerdə dağıntılar olsa da, xəsarət alan yoxdur. İsrail hərbçiləri Livanın cənubundakı Hula və Hilat əl-Dəba bölgələrindəki raket atış sistemlərinə, həmçinin Hanin, Aita əş-Şaab, Xiam və Blida bölgələrində Hizbullah hərbi obyektlərinə və silah anbarına hücum edib.
Qeyd edək ki, “Hizbullah” Qəzza zolağında İsraillə müharibədə Fələstinin HƏMAS hərəkatını dəstəkləyir. İyulun sonunda İsrail Beyruta hava zərbəsi endirib, nəticədə Livan hərəkatının komandiri Faud Şükr öldürülüb. “Hizbullah” lideri Həsən Nəsrullah deyib ki, İsraillə münaqişə “bütün cəbhələrdə yeni mərhələyə daxil olub”.
//Samir Qurbanov, Editor.az