İsrail Hərbi Hava Qüvvələrinin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 100 nəfər ölüb, 400-dən çox insan yaralanıb.
Editor.az bildirir ki, bu barədə “Al Mayadeen” kanalı Livanın Səhiyyə Nazirliyinə istinadən xəbər verir. AFP qeyd edir ki, bu, demək olar ki, bir illik qarşıdurmada bir gündə ən yüksək ölüm sayıdır. İdarənin ilkin məlumatlarına görə, həlak olanlar arasında uşaqlar, qadınlar və fövqəladə hallar işçiləri var.
İsrail Müdafiə Qüvvələri (IDF) bildirib ki, son 24 saat ərzində Livan” Hizbullah” hərəkatının 300-dən çox hədəfinə zərbələr endirib. İDF iddia edir ki, “Hizbullah” yaşayış binalarının içərisinə qanadlı raketlər yerləşdirir. Odur ki, İsrail hərbi məqsədlər üçün istifadə edilən evlərdə və ərazilərdə yaşayan mülki şəxslərə “öz təhlükəsizlikləri üçün risk zonasını dərhal tərk etməyi” tövsiyə edib.
//Samir Qurbanov, Editor.az