İsrail Livanı vurdu: ölənlər varbackend

İsrail Livanı vurdu: ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 14-də günorta saatlarında İsrail qırıcıları bir qadının ölümü və 8 nəfərin yaralanması ilə nəticələnən hücuma cavab olaraq Livanın Adchit, Sehabiya, Buslaya, Kfar Dunin Suneh və Əl-Şəhabiyə yaşayış məntəqələrinə hava zərbələri endirib.

Editor az bildirir ki, bu barədə SAXAL öz Telegram kanalında yazıb. “SAXAL döyüşçüləri Livana bir sıra zərbələr endirməyə başladı. Təfərrüatlar daha sonra”, – məlumatda deyilir. “Times of Israel” xəbər verir ki, bu, İsrailin qonşu dövlətin sərhədindən bu qədər dərinlikdə baş verən ilk hücumudur.

Livanın “Hizbullah” hərəkatı İsrail qırıcılarının zərbələrini “2006-cı il müharibəsindən bəri ən qəddar zərbə” adlandırıb. Livanın “Əl-Mayadeen” telekanalı İsrailin hücumları nəticəsində üç mülki vətəndaşın həlak olduğunu bildirib.

//Samir Qurbanov, Editor.az