İsrail Livanın cənubuna raket zərbəsi endiribbackend

İsrail Livanın cənubuna raket zərbəsi endirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusunun Livanın sərhəd bölgəsini raketlərlə vurduğu bildirilib.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, hücum nəticəsində insan tələfatı və ya maddi ziyanla bağlı məlumat verilməyib.

Oktyabrın 8-dən İsrail ordusu ilə Hizbullah arasında baş verən qarşıdurmalarda 86 Hizbullah üzvü və 6 İsrail əsgəri həlak olub.

İsrail və HƏMAS-ın noyabrın 24-də əldə etdiyi “humanitar fasilədən” sonra İsraillə Hizbullah arasında toqquşmalar əhəmiyyətli dərəcədə azalıb.

İsrail və HƏMAS arasında toqquşmalarda 4 günlük humanitar fasilə ilə bağlı razılaşma 24 noyabrda da qüvvəyə minib.

Razılaşmaya əsasən, HƏMAS-ın saxladığı 50 israilli məhbusun müqabilində İsrail həbsxanalarında olan 150 fələstinlinin azadlığa buraxılması barədə razılıq əldə olunub.

İsrail və HƏMAS arasında əsir mübadiləsi razılaşması çərçivəsində biri kişi, digərləri qadın və uşaq olmaqla, 40 israilli məhbus Qəzza zolağından, 117 fələstinli qadın və uşaq isə İsrail həbsxanalarından azad edilib.

//Səbinə Hüseynli, Editor.az