İsrail Müdafiə Nazirliyi itkilərini açıqladıbackend

İsrail Müdafiə Nazirliyi itkilərini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzza zolağının şimalında döyüşlər zamanı həlak olan daha 9 İsrail əsgərinin adını açıqlayıb.

Editor.az “Haaretz”ə istinadən yazır ki, onlar raketlə vurulan tank əleyhinə zirehli transportyorda olublar. Ölənlərin hamısı 19-24 yaş arası hərbçilərdir. İsrail Ordusu Qəzza zolağında əməliyyat başlayandan bəri ilk dəfə oktyabrın 31-də hərbçilərin öldüyünü bildirib.

Anklavın şimal hissəsində gedən döyüşdə iki əsgər həlak olub və daha iki hərbçisi ağır yaralanıb. İsrail Fələstinin radikal HƏMAS hərəkatının yaraqlılarının kütləvi raket atışlarına və girov götürməsinə cavab olaraq, oktyabrın 7-də Qəzza zolağında hərbi əməliyyata başladığını elan edib.

//Samir Qurbanov, Editor.az