Naməlum adamlar Colan təpələrindən hava yolu ilə İsrailə daxil olub.
Editor.az bildirir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat verib.
Onların sayı və digər təfərrüatlar barədə heç nə deyilmir. Daha sonra İDF xəbər verib ki, sızma faktı təsdiqlənməyib. İsrail ordusunun Telegram-da dərc olunan press-relizində deyilir: “İsrail əsgərləri təyyarələrlə ərazidə yoxlamalar aparır. Dünən – oktyabrın 9-da Livan “Hizbullah”ı İsrailin şimal bölgələrinə zərbələr endirib.
Xatırladaq ki, İsrail və HƏMAS arasında müharibə oktyabrın 7-də başlanıb. İsraildə ölənlərin sayı 900-ü keçib, Qəzza zolağında isə 700-dən çox itki var.Bu gün, oktyabrın 10-da İsrail ordusu Qəzza ilə sərhədə “az-çox” nəzarət etdiyini bildirib.
//Samir Qurbanov, Editor.az

