İsrail Müdafiə Qüvvələri (SAXAL) humanitar məqsədlər üçün Qəzza zolağının cənubundakı Rəfah şəhərində hərbi əməliyyatları 4 saat müddətinə dayandırıb. Bu barədə SAXA-ın sözçüsü Aviçai Edri X sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verib.
Döyüş əməliyyatları yerli vaxtla saat 10:00-dan 14:00-a qədər dayandırılb. Bundan əlavə, Qəzza zolağının şimal rayonlarının sakinlərinin təxliyyəsi üçün humanitar dəhliz yerli vaxtla saat 9:00-dan 16:00-a qədər yenidən açılacaq. Təxliyyə marşrutu Əl-Şifa xəstəxanasından Salah ed-Din yolu ilə cənuba, Rəfah keçid məntəqəsinə doğru uzanacaq.
Yerli vaxtla saat 10:00-dan 16:00-a qədər Fələstin qaçqınlarının Əl-Şati düşərgəsindən təxliyəyə icazə veriləcək. Bir gün əvvəl Qəzza zolağının şimal hissəsindəki Cebaliya qaçqın düşərgəsi ərazisində dörd saatlıq humanitar fasilə elan edilib. Sakinlərin təxliyyəsi Əl-Şifa xəstəxanasından anklavın cənubundakı Rəfah keçid məntəqəsinə qədər başlayıb. İsrail noyabrın 9-da ABŞ rəsmiləri ilə danışıqlardan sonra Qəzza zolağında dörd saatlıq fasiləyə razılaşıb.
//Samir Qurbanov, Editor.az

