İsrail Müdafiə Qüvvələri Baş Qərargahının Kəşfiyyat İdarəsinin rəisi istefa veribbackend

İsrail Müdafiə Qüvvələri Baş Qərargahının Kəşfiyyat İdarəsinin rəisi istefa verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Müdafiə Qüvvələri Baş Qərargahının Kəşfiyyat İdarəsinin rəisi general-mayor Aharon Haliva istefa verdiyini açıqlayıb.

Bu qərara səbəb departamentin 2023-cü il oktyabrın 7-də HƏMAS hərəkatının fələstinli yaraqlılarının İsrailə hücumunun qarşısını ala bilməməsidir: “Baş Qərargah rəisi ilə məsləhətləşərək və müdafiə nazirinin təsdiqi ilə qərara alınıb ki, general-mayor Aharon Haliva onun varisi təyin olunan kimi vəzifəsini tərk edib təqaüdə çıxsın”, -ofis bildirib.

İsrailin “Ynet” portalının qeyd etdiyi kimi, İsrail hərbi kəşfiyyatının rəhbəri bu qərarı Qəzza zolağında münaqişənin kəskinləşməsindən dərhal sonra verib, lakin bunu yalnız indi, anklavda hərbi əməliyyatların aktiv fazası başa çatdıqdan sonra elan edə bilib.

Aharon Haliva, faktdan təxminən bir həftə yarım sonra HƏMAS-ın qəfil hücumunun uğursuzluğuna görə məsuliyyəti öz üzərinə götürmüşdü. “Biz əsas vəzifəmizi yerinə yetirə bilmədik və hərbi kəşfiyyat idarəsinin rəisi kimi baş verənlərə görə tam məsuliyyət daşıyıram” – dedi.

//Samir Qurbanov, Editor.az