İsrail Müdafiə Qüvvələri “Əl-Şifa” xəstəxanasında xüsusi əməliyyata başlayıbbackend

İsrail Müdafiə Qüvvələri “Əl-Şifa” xəstəxanasında xüsusi əməliyyata başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzza zolağının ən böyük xəstəxanası olan “Əl-Şifa”da radikal HƏMAS hərəkatının üzvlərinə qarşı “məqsədli” və “effektiv” əməliyyat keçirdiyini bildirib.

Editor.az İsrail MN-ə istinadən xəbər verir ki, HƏMAS-ın əsas komanda məntəqələrindən biri məhz bu tibb müəssisəsinin ərazisində yerin altında yerləşir. İsrail ordusunun mətbuat xidmətinin məlumatına görə, xəstəxana ərazisində gedən döyüşlər zamanı İsrail hərbçiləri mülki əhalinin tələfatının qarşısını almaq üçün hər şeyi edəcək.

“Kəşfiyyat məlumatlarına və əməliyyat zərurətinə əsaslanaraq, İsrail Müdafiə Qüvvələri “Əl-Şifa” xəstəxanasındakı müəyyən bir ərazidə HƏMAS-a qarşı dəqiq və məqsədyönlü əməliyyat keçirir. İsrail ordusu xəstəxananın əksər xəstələrinin və orada sığınan qaçqınların SAXAL əsgərlərinin köməyi ilə təxliyə edildiyini açıqlayıb.

Həmçinin qeyd edilir ki, xəstəxanadakı əməliyyatda iştirak edən SAXAL qüvvələri arasında “HƏMAS-ın canlı qalxan kimi istifadə etdiyi mülki şəxslərə zərər verməmək” üçün xüsusi təlim keçmiş tibbi qruplar və ərəbdilli şəxslər də var”.

//Samir Qurbanov, Editor.az