İsrail Müdafiə Qüvvələri HƏMAS qruplaşmasına aid böyük tunellər şəbəkəsini məhv edibbackend

İsrail Müdafiə Qüvvələri HƏMAS qruplaşmasına aid böyük tunellər şəbəkəsini məhv edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Müdafiə Qüvvələri (SAXAL) Qəzza zolağının cənubunda HƏMAS qruplaşmasına aid böyük tunellər şəbəkəsinin məhv edildiyini açıqlayıb.

Editor.az bu barədə yerli KİV yazıb. HƏMAS İsrail hərbçilərinə atəş açdıqdan sonra SAXAL tunellərə daxil olmağa çalışsa da, HƏMAS onların girişini partlatdığı üçün buna nail ola bilməyib. Lakin sonradan SAXAL nəhayət ki, yeraltı silah və raket istehsalına aparan tunellərə girə bilib.

“The Times of Israel” xəbər verir ki, nəticədə bütün bu tikililər İsrail istehkamçıları tərəfindən dağıdılıb.

//Samir Qurbanov, Editor.az