İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında fələstinli terrorçuları daşıdığı şübhəsi ilə BMT-nin karvanını saxlayıb.
BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) rəhbəri Filippo Lazzarini bildirib ki, konvoy artıq buraxılıb və humanitar işçilər BMT bazasına qayıdıblar. İsrail ordusu hərəkətlərini İsrail tərəfindən axtarılan fələstinlilərin konvoyda hərəkət etdiyinə görə kəşfiyyat məlumatı alması ilə izah edib.
Bununla belə, IDF iddia edir ki, bu, poliomielit peyvəndini daşıyan karvan deyil, BMT personalının rotasiyasında iştirak edən maşın karvanıdır. Eyni zamanda, UNRWA rəhbəri BMT əməkdaşlarının Qəzza zolağına sakinləri peyvənd etmək üçün xüsusi olaraq getdiyini bildirib. “Bütün şəxsi heyət və konvoy artıq sərbəst buraxılıb və təhlükəsiz şəkildə BMT bazasına qaytarılıb. Biz poliomielitlə mübarizə kampaniyasının sabah (10 sentyabr ) Qəzzanın şimal hissəsində baş tutub-tutmayacağını təsdiqləyə bilmərik”, – Filippe Lazzarini X sosial şəbəkəsində yazıb.
Lazzarininin sözlərinə görə, konvoy “Vadi Qəzza” körpüsündə İsrail nəzarət-buraxılış məntəqəsindən sonra saxlanılıb. UNRWA rəhbəri iddia edib ki, onun tərkibinə milli və beynəlxalq BMT əməkdaşları daxildir və onların hərəkətləri əvvəlcədən İsrail tərəfi ilə razılaşdırılıb. BMT-də baş verənlərin təfərrüatlarını müəyyənləşdirirlər.
//Samir Qurbanov, Editor.az