İsrail Müdafiə Qüvvələri (IDF) HƏMAS-ın qərargah rəhbərini öldürdübackend

İsrail Müdafiə Qüvvələri (IDF) HƏMAS-ın qərargah rəhbərini öldürdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Müdafiə Qüvvələri (IDF) Fələstin HƏMAS-ın İordan çayının qərb sahilindəki qərargahının rəhbərinin aradan götürüldüyünü açıqlayıb.

O, Qəzza zolağının cənubundakı Rəfahda endirilən hava zərbəsi nəticəsində həlak olub. Fələstinli hərbçi İordan çayının qərb sahilində HƏMAS-ın bütün fəaliyyətlərini idarə edirdi: “İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarə HƏMAS-ın Yəhudeya və Samariyadakı (Qərbi Sahil) qərargahının komandiri terrorçu Yasin Rabianı, həmçinin HƏMAS qanadının Yəhudeya və Samariyadakı yüksək rütbəli nümayəndəsi Xalid Naqarı öldürüb”.

Həmas Telegram kanalı. İsrail qüvvələri kəşfiyyat məlumatlarına əsasən hücumu Rafahın şimal-qərbindəki Təl əl-Sultan bölgəsində həyata keçirib.

//Samir Qurbanov, Editor.az