İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağındakı məktəbi vurdu, 32 nəfər öldübackend

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağındakı məktəbi vurdu, 32 nəfər öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında Nuseyrat fələstinli qaçqın düşərgəsindəki məktəbə zərbə endirdiyini bildirib. İsrail hərbçilərinin məlumatına görə, məktəb binasında radikal HƏMAS hərəkatının kompleksi yerləşib və hücum nəticəsində bir neçə terrorçu öldürülüb.

Livanın “Əl-Mayadeen” telekanalının məlumatına görə, İsrailin hücumu nəticəsində 32 nəfər ölüb. Qurbanların ilkin sayı 27 nəfər olub. Dağıntılar təmizləndikdən sonra daha 5 nəfərin öldüyü məlum olub.

Zərərçəkənlərin çoxunun ağır yaralandığı da bildirilir. Əl-Cəzirə telekanalının məlumatına görə, ölənlər arasında qadınlar və uşaqlar da var.

//Samir Qurbanov, Editor.az