İsrail Müdafiə Qüvvələri İranın kütləvi hücumuna cavab verəcək – qərar qəbul olundubackend

İsrail Müdafiə Qüvvələri İranın kütləvi hücumuna cavab verəcək – qərar qəbul olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Müdafiə Qüvvələri (SAXAL) İranın ötən həftənin sonunda həyata keçirdiyi kütləvi hücuma necə cavab verəcəyinə dair qərar verib.

Editor.az mənbələrə istinadən xəbər verir ki, lakin cavabın veriləcəyi tarixlə bağlı hələ qərar qəbul olunmayıb. Materialda deyilir ki, hücum uzun müddətə təxirə salına bilər. İsrail rəhbərliyi cavab tədbirlərinə ciddi yanaşır və hazırda münaqişənin regional müharibəyə çevrilməməsi üçün hücumu necə yumşaltmaq barədə düşünür.

Xatırladaq ki, aprelin 13-dən 14-nə keçən gecə İran İsrail ərazisinə 170-ə yaxın pilotsuz uçuş aparatı, həmçinin 150-dən çox ballistik və qanadlı raketlər atıb. İsrail qeyd edib ki, ölkə ərazisinə yalnız bir neçə raket çatdığı üçün cüzi ziyan dəyib.

//Samir Qurbanov, Editor.az