İsrail Müdafiə Qüvvələri müşahidə qülləsini və Livanın cənubundakı BMT Sülhməramlı Qüvvələrinin yerləşdiyi ərazinin ətrafındakı perimetr boyu hasarı dağıtmaq üçün buldozerdən istifadə edib.
Editor.az xəbər verir ki, bu barədə oktyabrın 20-də BMT-nin mətbuat xidməti məlumat yayıb. Xəbərdə deyilir ki, İsrail Müdafiə Qüvvələri Marvahine kəndində qülləni və ərazini əhatə edən hasarları “qəsdən dağıdıb”.
“Biz bir daha İDF və bütün iştirakçılara BMT personalının və əmlakının təhlükəsizliyini təmin etmək və BMT binalarının müqəddəsliyinə hər zaman hörmət etmək öhdəliklərini xatırladırıq”, – deyə BMT bildirib.
BMT-nin Livandakı Sülhməramlı Qüvvələrinin bəyanatında həmçinin qeyd olunub ki, İsrail ordusu onlardan dəfələrlə “Mavi xətt” boyunca mövqeləri boşaltmağı xahiş edib. “Mavi xətt” 2000-ci ildə BMT tərəfindən yaradılmış İsrail qoşunlarının Cənubi Livandan çıxarılması üçün müvəqqəti xəttdir. Bu əraziyə BMT sülhməramlıları nəzarət edir. Missiyaya və qoşun göndərən ölkələrə təzyiqlərə baxmayaraq, BMT-nin sülhməramlı qüvvələri sülhməramlıların öz mövqelərində qaldığını vurğulayıb.
//Samir Qurbanov, Editor.az

