İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-ın 600-dən çox hədəfinə zərbələr endiribbackend

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-ın 600-dən çox hədəfinə zərbələr endirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Müdafiə Qüvvələri (SAXAL) bildirib ki, son bir neçə gün ərzində Qəzza zolağında Fələstin HƏMAS hərəkatının 600-dən çox hədəfinə zərbələr endirib.

Editor.az bildirir ki, bu barədə SAXAL öz Telegram kanalında məlumat verib. Zərbələr havadan, dənizdən, həmçinin anklav ərazisinə quru reydləri zamanı endirilib. “HƏMAS-la əlaqəli hədəflər, o cümlədən silah anbarları, onlarla tank əleyhinə raket buraxılışı məntəqələri, həmçinin yaraqlıların sığınacaqları və əməliyyat bazaları vurulub”, – İsrail ordusu bildirib.

Zərbələrdən biri “icanlı qüvvəinin cəmləşdiyi yerdə” həyata keçirilib. Nəticədə HƏMAS və digər radikal islamçı hərəkatların 20-yə yaxın döyüşçüsü öldürülüb.
Qeyd edək ki, oktyabrın 27-də İsrail Qəzza zolağına quru qoşunlarını göndərdi. HƏMAS buna cavab olaraq bölgədə quru əməliyyatına başladığını elan edib. İsrail ordusu Qəzza zolağına genişmiqyaslı müdaxiləni inkar edir və bunu əvvəlki əməliyyatların genişləndirilməsi adlandırır. Oktyabrın 28-də İsrail ordusu Qəzza zolağının şimalında HƏMAS-a məxsus yeraltı tunellər və digər infrastruktur da daxil olmaqla 150 hədəfi vurduğunu bildirib.

//Samir Qurbanov, Editor.az