srail Müdafiə Qüvvələri (SAXAL) Qəzza zolağı limanına nəzarəti ələ keçirib.
Editor.az bildirir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin bəyanatında deyilir. HƏMAS-ın buradan terror məqsədləri üçün istifadə etdiyi iddia edilir.
“Birgə əməliyyat zamanı 188-ci Zirehli Briqada və 13-cü Donanmanın əsgərləri terror təşkilatı HƏMAS-ın nəzarətində olan Qəzza zolağı limanına operativ nəzarəti ələ keçirib”, – İsrail Müdafiə Qüvvələrinin Teleqram mesajında deyilir. Limanın təlim bazası kimi istifadə edildiyi iddia edilir. Məlumata görə, 10 yaraqlı öldürülüb, 10 tunel şaxtası məhv edilib.
İsrail ordusu həftənin əvvəlində HƏMAS-ın Qəzza şəhərinə nəzarəti itirdiyini açıqlamışdı. İsrail qanunvericilik məclisindən tutmuş polis qərargahına qədər şəhərdəki əsas inzibati binalara nəzarəti ələ keçirilib. İndiyədək 1,2 min nəfər israilli ölüb, 5,4 min nəfər yaralanıb.
Qəzza zolağında isə 11,1 min nəfər həlak olub, 27 min nəfər yaralanıb.
//Samir Qurbanov, Editor.az

