İsrail Müdafiə Qüvvələrinin (IDF) polkovnikinin avtomobili minaya düşdübackend

İsrail Müdafiə Qüvvələrinin (IDF) polkovnikinin avtomobili minaya düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İordan çayının qərb sahilində zabitləri daşıyan zirehli avtomobilin partladılması nəticəsində İsrail Müdafiə Qüvvələrinin (IDF) polkovniki Ayoub Kayyuf orta dərəcədə yaralanıb.

Editor.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Hadisə Fələstinin Tulkərm şəhəri yaxınlığında baş verib. Partlayıcı qurğu İDF-nin bir qrup böyük və yüksək rütbəli zabitini daşıyan “David” zirehli maşınına ziyan vurub. Avtomobildə Yəhudeya və Samariya diviziyasının komandiri, briqada generalı Yaki Dolf və regional Menaşe briqadasına komandirlik edən Ayub Kayuf da olub.

Polkovnik təcili yardım göstərmək üçün hadisə yerindən təxliyə edilib. Hadisə ilə bağlı onun yaxınlarına məlumat verilib. Zirehli maşının qalan sərnişinləri xəsarət almayıb.

//Samir Qurbanov, Editor.az