İsrail müxalifəti Benyamin Netanyahuya “müharibə” elan etdibackend

İsrail müxalifəti Benyamin Netanyahuya “müharibə” elan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İsrailin baş naziri Benyamin Netanyahunun məhkəmə islahatlarına qarşı çıxan müxalifət liderləri “ölkədə nəqliyyatın hərəkətini dayandıracaq və istər-istəməz iqtisadi itkilərə səbəb olacaq” bir sıra kütləvi tədbirlər barədə xəbərdarlıq ediblər.
Editor.az xəbər verir ki, keçmiş müdafiə naziri Moşe Yaalonun sözlərinə görə, bu, ölkədə qanunsuzluğa qarşı əsl müharibədir: “Bu, mənim həyatımdakı ən mühüm müharibədir.
Biz maliyyə böhranı içərisindəyik və təhlükəsizlik böhranına giririk”, – Yaaolon deyib. Daha sonra siyasətçi İsrail prezidenti İshak Herzsoqa, müraciət edərək onu demokratik normalara qayıtmaq tələbi ilə etirazçılara qoşulmağa çağırıb.
  //Samir Qurbanov, Editor.az