İsrail müxalifəti Qəzzada quru əməliyyatı keçirməyi tələb edir: HƏMAS-ı məhv etmək üçün bu vacibdirbackend

İsrail müxalifəti Qəzzada quru əməliyyatı keçirməyi tələb edir: HƏMAS-ı məhv etmək üçün bu vacibdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

HƏMAS məhv edilməlidir. Bunun üçün Qəzzada quru əməliyyatı təşkil etmək, sonra isə başqa ölkələrdəki hərəkatın liderlərini ardına düşmək lazımdı.

Editor.az bildirir ki, bunu İsrail Müdafiə Nazirliyinin keçmiş rəhbəri, “İsrail evimiz” partiyasının lideri Aviqdor Liberman deyib. “HƏMAS-ı məhv etmək üçün Qəzzada quru əməliyyatı lazımdır.

HƏMAS əməliyyatlarının mərkəzi məhz bu şəhərdə yerləşir. İsrail hərbçiləri bu yaxınlarda Ceninə daxil olduqları kimi Qəzzaya da daxil olmalıdırlar”, – İsrailin keçmiş müdafiə naziri əlavə edib. Bundan əlavə, Liberman digər ölkələrdə gizlənən HƏMAS liderlərinin izinə düşməyi və onların aradan qaldırılmasını zəruri hesab edir.

“The Times of Israel” yazır ki, sağçı partiyanın rəhbəri baş nazir Benyamin Netanyahunu, müdafiə naziri Yoav Qalantı və İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi media ilə əlaqə saxlamadıqlarına və üç günlük döyüşlərdən sonra vəziyyət haqqında məlumat vermədiklərinə görə tənqid edib.

//Samir Qurbanov,Editor.az