BMT Təhlükəsizlik Şurasının “atəşkəs” deməsinə İsrail rəsmisi sərt reaksiya verib.
Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatından verilən açıqlamada BMT Təhlükəsizlik Şurası İsrail-Fələstinlə bağlı 12 üzvün lehinə, 3 üzvün isə bitərəf qaldığı 2712 saylı qətnaməni qəbul edərək birliyə nail olduğu bildirilib.
Oktyabrın 7-də başlayan böhran və Qəzzadakı BMT agentliklərinə və tərəfdaşlarına tam, sürətli, təhlükəsiz və maneəsiz girişi təmin etmək üçün kifayət qədər sayda gün üçün dərhal və uzadılmış humanitar atəşkəs və dəhlizlərin yaradılmasına çağırıb. Şura HƏMAS və digər qruplar tərəfindən saxlanılan bütün girovların, xüsusən də uşaqların dərhal və qeyd-şərtsiz azad edilməsinə və təcili humanitar yardımın təmin edilməsinə çağrıldığı bəyanatda qeyd olunub. Səsvermədə iştirak edən heç bir ölkə bunun əleyhinə səs verməyib.
İsrailin BMT-dəki nümayəndəsi BMT Təhlükəsizlik Şurasının qərarının reallıqdan qopduğunu ifadə edərək təşkilatın qərarını mənasız adlandırıb. Şura nə qərar versə də, İsrail beynəlxalq hüquq normalarına əməl etməyə davam edəcək, HƏMAS isə bu qərarı heç oxumayacağı, hətta ona əməl etməyəcəyi kimi fikirlər səsləndirib.
//Səbinə Hüseynli, Editor.az

