İsrail oktyabrın 7-dən bəri Qəzzaya endirdiyi hava zərbələrinin sayını açıqlayıbbackend

İsrail oktyabrın 7-dən bəri Qəzzaya endirdiyi hava zərbələrinin sayını açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Hərbi Hava Qüvvələri oktyabrın 7-dən bəri Qəzza zolağına 10 minə yaxın hava zərbəsi endirdiyini açıqlayıb.

Editor.az xarici KİV-ə istinadən xəbər verir ki, Hərbi Hava Qüvvələri HƏMAS komandirlərindən biri Heysəm Xocarinin ötən gecəki hücumlarda öldürüldüyünü bildirib.

İsrail Hərbi Hava Qüvvələrindən verilən açıqlamada oktyabrın 7-dən bu yana Qəzza zolağına 10 minə yaxın hava hücumu təşkil edildiyi, son 24 saat ərzində təxminən 200 hədəfin vurulduğu açıqlanıb. Açıqlamada son 24 saat ərzində HƏMAS-a aid 200-ə yaxın hədəfin İsrail ordusu tərəfindən vurulduğu bildirilib.

Qeyd edək ki, İsrail ordusu Qəzza zolağının şimalında 10 mindən çox fələstinlinin sığınacaq kimi istifadə etdiyi Kemal Advan xəstəxanası şəhərciyinin giriş qapısına gecə saatlarında hava hücumu təşkil edib. İlkin məlumatlara görə, hücum nəticəsində 9 nəfər ölüb, 9 nəfər yaralanıb.

//Səbinə Hüseynli, Editor.az