İsrail ordusu Beyruta hücum etdi: “Hizbullah”ın baş katibi Həsən Nəsrullahın öldüyü iddia edilirbackend

İsrail ordusu Beyruta hücum etdi: “Hizbullah”ın baş katibi Həsən Nəsrullahın öldüyü iddia edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Hərbi Hava Qüvvələri “Hizbullah”ın Beyrutdakı mərkəzi hərbi qərargahına hücum edib. Endirilən zərbə zamanı hərəkatın baş katibi Həsən Nəsrullahın qərargahda olduğu və onun öldürüldüyü iddia edilir.

Bu barədə “Kan” radiosu mənbəyə istinadən məlumat yayıb.

Eyni zamanda, zərbə zamanı qərargahda Həsən Nəsrullahın qızı Zeynəb Nəsrullahın da olduğu, onun da öldürüldüyü xəbəri yayılıb.

İsrail Müdafiə Ordusunun (SAXAL) nümayəndəsi Daniel Haqari qeyd edib ki, ordu müdafiə və hücuma maksimum hazır vəziyyətdədir.

İsrail ordusunun Livanın Beyrutdakı “Hizbullah” hərəkatının mərkəzi qərargahına zərbə endirməsindən sonra Tel-Əvivdəki bütün bomba sığınacaqları açıqdır.

Qeyd olunur ki, İsrailin Baş naziri Benyamin Netanyahu hələ sentyabrın 26-da Nyu-Yorka uçmazdan əvvəl “Hizbullah”ın qərargahına zərbə endirmə əməliyyatını təsdiqləyib, bundan sonra İsrail ordusu uyğun anı gözləyib. Beyruta hücumdan qısa müddət sonra Netanyahu ABŞ-yə səfərini yarımçıq qoyub, İsrailə qayıtmaq qərarına gəlib.

Oxu az