İsrail ordusu Beyrutu vurdu: ölənlər varbackend

İsrail ordusu Beyrutu vurdu: ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusu aprelin 1-nə keçən gecə Beyrutun cənubundakı Dahiya ətrafına hücum edərək, bu məntəqənin Livan “Hizbullah” hərəkatının qalası olduğunu iddia edib. “Əl-Cəzirə”nin məlumatına görə, zərbə nəticəsində 3 nəfər həlak olub.

“Zərbənin hədəfi bu yaxınlarda HƏMAS yaraqlılarına rəhbərlik etmiş və onlara mülki İsrail vətəndaşlarına qarşı böyük və gözlənilməz terror aktı planlaşdırmağa kömək edən “Hizbullah” terrorçusu olub. Terrorçunun yaratdığı təhlükə ilə əlaqədar olaraq İsrail ordusu onu aradan qaldırmaq və təhlükəni sovuşdurmaq üçün hərəkətə keçib”, – İDF öz Telegram kanalında bildirib.

Martın 28-də İsrail PUA-ları 2024-cü ilin noyabrından bəri ilk dəfə Beyrutu vurub. Hücum zamanı Beyrutun cənub ətrafının Hadas bölgəsindəki yaşayış binası hədəf olub. Yaşayış binası məktəblə üzbəüz yerləşir. İsrail ordusunun verdiyi məlumata görə, Beyruta hava hücumu İsrailin şimalındakı yaşayış məntəqələri istiqamətində iki raketin atılmasına cavab olaraq həyata keçirilib.

//Samir Qurbanov, Editor.az