İsrail Hərbi Hava Qüvvələri gün ərzində Livanın cənubuna kütləvi zərbələr endirərək “Hizbullah” hərəkatının silahlı qanadının 400-ə yaxın atəş nöqtəsinə hücum edib.
Bu barədə brifinqdə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari məlumat verib.
“Ümumilikdə, bu gün raket buraxıcı qurğular da daxil olmaqla, təxminən 400 “Hizbullah” hədəfini vurduq”, – deyə o bildirib.
Oxu.az