İsrail ordusu fələstinliləri şərqi Rəfahı boşaltmağa çağırdıbackend

İsrail ordusu fələstinliləri şərqi Rəfahı boşaltmağa çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail ordusu planlaşdırılmış quru əməliyyatı öncəsi fələstinliləri şərqi Rəfahı boşaltmağa çağırıb.

Editor.az bildirir ki, bu barədə “The Times of Israel” qəzeti yazıb. Məlumata görə, İsrail hərbçiləri mülki şəxsləri Əl-Məvasi və Xan Yunis bölgələrində genişləndirilmiş humanitar zonaya köçməyə dəvət edir.

İsrail ordusu şərqi Rəfahda vərəqələr atmağa başlayıb. Hərbçilər həmçinin sakinlərə zəng edir və onlara humanitar zonaya necə çatmaq barədə göstərişlər olan SMS göndərirlər. İndiyə qədər təxliyə əmri Qəzzanın cənubundakı bütün şəhərə deyil, yalnız Rəfahın bəzi şərq rayonlarına şamil edilir. İsrail ordusunun bəyanatında deyilir ki, “SAXAL HƏMAS-ın nəzarəti altında olan əhalini Rəfahın şərq məhəllələrini müvəqqəti olaraq genişləndirilmiş humanitar zonaya köçməyə çağırır”.

Əl-Məvasi və Xan Yunis bölgələrində genişləndirilmiş humanitar zonaya köçkün fələstinlilər üçün səhra xəstəxanaları və çadır düşərgələri hazırlanıb. Qəzet yazır ki, İsrail Müdafiə Nazirliyi son vaxtlar Qəzzada humanitar yardımın artdığını bildirir.

//Samir Qurbanov, Editor.az