İsrail hərbçiləri HƏMAS-ın “Şecayya” batalyonunun komandiri Fərhatı öldürüb.
Editor.az bildirir ki, bu barədə İsrail ordusunun sözçüsü məlumat verib. SAXAL-ın məlumatına görə, Fərhat mülki şəxslərə və İsrail ordusunun şəxsi heyətinə qarşı bir neçə hücuma görə məsuliyyət daşıyır.
Fərhat 2010-cu ildə batalyona komandanlıq etməyə başlayıb və ona “Sarsılmaz qaya” əməliyyatı zamanı komandirlik edib. Bu müddət ərzində o, Şecayyada terrorçulara SAXAL əsgərlərinə hücum etməyi əmr edib və bu zaman altı İsrail Ordusu əsgəri öldürülüb.
Fərhat həmçinin 2002-ci ildə beş mülki israillinin ölümü ilə nəticələnən terror aktının, həmçinin 2011-ci ildə Nahal Ozda mülki avtobusa tank əleyhinə raket hücumunun təşkilatçılarından olub.
Terrorçu 2023-cü il oktyabrın 7-də törədilən qətliamın planlaşdırılmasında iştirak edib və bu zaman o, HƏMAS əməliyyatçılarına Kibbutz Nahal Oza və İsrail daxilində İsrail ordusunun postuna sızmağı əmr edib.
//Samir Qurbanov, Editor.az

